Operativ Məlumat Mərkəzi

Baş nazir Əli Əsədov Qətərin mədəniyyət naziri ilə görüşüb

2 dəq
Paylaş:
Baş nazir Əli Əsədov Qətərin mədəniyyət naziri ilə görüşüb

aprelin 11-də Qətər Dövlətinin naziri Abdülrəhman bin Həməd Al Tani ilə görüşüb.

Nazirlər Kabinetinin xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, görüşdə -Qətər münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub, xüsusilə mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğu bildirilib.

Dünən Bakı şəhərində açılan Qətər Mədəniyyəti Günlərinin əhəmiyyətinə toxunulub, tədbirin Qətər xalqının zəngin mədəni irsi və adət-ənənələri ilə yaxından tanış olmaq üçün Bakı sakinləri və paytaxt qonaqlarına gözəl fürsət yaratdığı diqqətə çatdırılıb.

Eyni zamanda 2024-cü ildə Qətərin paytaxtı Doha şəhərində Azərbaycan Mədəniyyəti Günlərinin çox uğurla keçirildiyi xatırlanıb. Bu cür tədbirlərin iki ölkənin xalqlarının daha da yaxınlaşmasına, dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verdiyi vurğulanıb.

Görüşdə Azərbaycan ilə Qətər arasında ticarət, investisiya, humanitar, mədəniyyət, turizm və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax