Operativ Məlumat Mərkəzi

Barselonada 70-ə yaxın uçuş təxirə salınıb

2 dəq
Paylaş:
Barselonada 70-ə yaxın uçuş təxirə salınıb

İspaniyanın Barselona şəhəri təhlükəli yağışlarına görə xəbərdarlıqla üzləşib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Barselona-El Prat Hava Limanında 70-ə yaxın uçuş təxirə salınıb, 18 uçuş isə başqa istiqamətlərə yönəldilib. operatoru Aena bildirib ki, leysan yağışları hava limanının T-1 terminalı və dayanacaq yerlərində də daşqınlara səbəb olub.

Şəhərdən görüntülərdə uçuş-enmə zolağının tamamilə su altında qaldığı görünür. Bir təyyarə enişdən imtina edib, tarmakda qalan azsaylı təyyarələr isə suyun içində hərəkət etməyə məcbur qalıblar.

Qeyd edək ki, İspaniyanın müasir tarixində ən ağır sel fəlakəti nəticəsində həlak olanların sayı 217-yə çatıb. Onların əksəriyyəti Valensiya bölgəsində, 60-dan çoxu isə Paiporta qəsəbəsində alınıb. Yüzlərlə insan isə hələ də itkin düşmüş hesab olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax