Operativ Məlumat Mərkəzi

Barış Alper Yılmaz İngiltərə klubuna keçə bilər

1 dəq
Paylaş:
Barış Alper Yılmaz İngiltərə klubuna keçə bilər

İngiltərənin "Vest Hem" ""ın futbolçusu Yılmazla maraqlanır.

"Operativ Məlumat Mərkəzi-OMM" "Türkiye" qəzetinə istinadən xəbər verir ki, mövsümün sonuna qədər transfer gündəmini səngidən və bütün diqqətini çempionluğa cəmləyən "Qalatasaray" 35 milyon avroya Barış üçün masaya oturacaq.

Bu məbləğ təqdim olunarsa, "Qalatasaray" Barışla görüşərək İngiltərə macərasını təsdiqləyəcək.

"Nottingem Forest" və "Napoli" də Barışı istəyir.

Bu mövsüm "Qalatasaray"ın heyətində 43 oyuna çıxan 24 futbolçu 11 qol vurub, 6 məhsuldar ötürmə edib.

Hazırda bazar dəyəri 20 milyon avro olan Barış Alperin "Qalatasaray"la 2027-ci ilə qədər müqaviləsi var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax