Operativ Məlumat Mərkəzi

Bakının yağış problemi ilə bağlı - BŞİH-dən açıqlama

2 dəq
Paylaş:
Bakının yağış problemi ilə bağlı - BŞİH-dən açıqlama

Bakıda bu gün səhər saatlarından başlayan yağıntıların normadan artıq olması müşahidə olunur. Bu hal paytaxt küçələrində hərəkəti çətinləşdirib, bir sıra yerlərdə isə yollar suları ilə dolub. Normadan dəfələrlə artıq yağıntının şəhərin kanalizasiya sisteminin xaric edə biləcəyi miqdardan xeyli artıq olduğu bildirilir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, şəhər İcra Hakimiyyətinin əməkdaşı Dəniz Məmmədli bildirib ki, məsələ ilə bağlı bu gün Bakı şəhər İcra Hakimiyyətində müşavirə keçirilib. Xüsusi riskli ərazilərdə fövqəladə halların baş verməməsi üçün qabaqlayıcı tədbirlər müəyyənləşdirilib:

“Həmçinin Bakı Şəhər İcra hakimiyyəti təsərrüfat strukturları tərəfindən gün boyu aidiyyəti üzrə ADSEA-ə subasmalarla bağlı məlumatlar veriləcək”.

Mütəxəssislər qeyd edir ki, dünyanın heç bir şəhəri bundan sığortalanmayıb. Bildirilir ki, belə hallar son zamanlarda Avropa və dünyanın digər ölkələrində də müşahidə olunur. Misal üçün, İtaliyanın Siciliya bölgəsində, Avropanın digər şəhərləri və ya Rusiyada bəzi bu günlərdə təbii fəlakətlə üz- qalıblar. Buna səbəb kimi bəzi alimlər qlobal iqlim dəyişikliyini də göstərirlər.

fr2.jpg

fr.jpg

esa.jpg

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax