Operativ Məlumat Mərkəzi

Bakının Əhməd Rəcəbli küçəsinin bir hissəsində təmir işləri aparılıb

1 dəq
Paylaş:
Bakının Əhməd Rəcəbli küçəsinin bir hissəsində təmir işləri aparılıb

Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunun Rəcəbli küçəsinin bir hissəsində aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, təmir işləri küçənin Akademik Həsən küçəsindən Təbriz küçəsinə qədər olan 850 metrlik hissəsini əhatə edib.

Ərazidə köhnə -beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, ardınca “İnşaat Norma və Qaydaları”na əsasən küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi icra olunaraq, küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax