Operativ Məlumat Mərkəzi

Bakıdakı 157 məktəbdə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq

2 dəq
Paylaş:
Bakıdakı 157 məktəbdə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq

Bakıda fəaliyyət göstərən 157 ümumi təhsil müəssisəsində I sinfə qəbul prosesində tətbiq olunacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, məktəblərə şagird qəbulu formada və prioritetə ( hüququ) əsasən aparılacaq. Sərbəst formada şagird qəbulu məktəblərə valideynlər şəxsi kabinet vasitəsilə məktəb və müəllim seçimini birbaşa edəcəklər. Prioritet (valideyn və ya uşağın məktəbin müəyyənləşdirilmiş ərazisinə qeydiyyatı olmalı, bacı-qardaşı həmin məktəbdə hazırda təhsil almalı, valideynlərindən biri həmin məktəbdə çalışmalı) üzrə valideynlər isə ilk növbədə müəyyən edilmiş müddətdə ( bölməsi üzrə 3 may-3 iyun 2024-cü il, tədrisi digər dillərdə aparılan bölmələr üzrə isə 12 iyun-12 iyul 2024-cü il tarixlərində) üstünlük hüquqlarından biri əsasında sorğu yerləşdirə bilərlər. Prioritetlərin tətbiqi yaşayış sıx olan ərazilərdə valideynlərin məktəb seçimini asanlaşdırmaq məqsədlərinə xidmət edir.

Qeyd edək ki, müvafiq müddət başa çatdıqdan sonra üstünlük hüququ tətbiq olunan məktəblərdə boş qalan şagird yerlərinə sərbəst qəbul (tədrisi digər dillərdə olan və müsabiqə yolu ilə qəbul aparılan liseylər istisna olmaqla) aparılacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax