Əsas məzmuna keç

Bakıda yolda dayanan nasaz avtomobil ağır qəzaya səbəb olub, iki nəfər ölüb

Bakıda yolda dayanan nasaz avtomobil ağır qəzaya səbəb olub, iki nəfər ölüb

Bakıda yolda dayanan nasaz avtomobil qəzaya səbəb olub, iki nəfər ölüb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN)...

Bakıda yolda nasaz qəzaya səbəb olub, iki nəfər ölüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, bu gün saat 06:50 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 20-ci kilometrliyində “” markalı, 99-FK-216 dövlət qeydiyyat nişanlı avtomobilin təkəri sıradan çıxdığı üçün sürücü vasitəsini hərəkətdə olduğu ən sol zolaqda dayandırıb və zəruri tədbirləri görmədən sərnişini ilə birgə nasazlığı aradan qaldırmağa çalışıb. Bu zaman arxadan eyni zolaqda yüksək sürətlə hərəkət edən “Honda” markalı, 77-GF-549 dövlət qeydiyyat nişanlı avtomobil nasaz nəqliyyat vasitəsilə toqquşub ki, nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü və sərnişini hadisə yerində həyatlarını itirib.

Hazırda faktla bağlı araşdırma aparılır.

"Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, nəqliyyat vasitəsi sıradan çıxdıqda sürücü onu yolun hərəkət hissəsindən tamamilə kənara, bu, mümkün olmadıqda isə səkinin yanına, yaxud yol çiyninə çəkərək hərəkət hissəsinə paralel yerləşdirməli, qəza işıq siqnalını yandırmalı, qəza dayanma nişanını quraşdırmalı, yalnız bundan sonra nasazlığı aradan qaldırmağa başlamalı, texniki yardım istəməlidir", - nazirliyin məlumatında qeyd olunub.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…