Əsas məzmuna keç

Bakıda yol təsərrüfatına ziyan vurulub

Bakıda yol təsərrüfatına ziyan vurulub

Bu gün səhər saatlarında Bakının Ziya prospektində baş verən qəza zamanı yol təsərrüfatına ziyan dəyib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, sözügedən prospektlə hərəkətdə olan yük maşını avtomobil tunelinin kənarına çırpılıb. Dərhal əraziyə AAYDA-nın əməkdaşları cəlb olunaraq aidiyyəti qurum əməkdaşları ilə birlikdə yolun sözügedən hissəsində əlavə tədbirləri görülüb, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.

Qəza nəticəsində tunelin giriş hissəsində olan məhəccərlər, tökmə tumbalar və divarın bir hissəsi dağılıb. Yol təsərrüfatına ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…