Operativ Məlumat Mərkəzi

Bakıda Türk Dünyası II Meteorologiya Forumu keçirilir

2 dəq
Paylaş:
Bakıda Türk Dünyası II Meteorologiya Forumu keçirilir

Bu il Azərbaycanda Ulu öndər Heydər Əliyevin 100 illiyinin qeyd olunması çərçivəsində silsilə tədbirlər keçirilir. Bu tədbirlərdən biri də Türk Dünyası II Meteorologiya Forumudur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Forum Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, BMT-nin İnkişaf Proqramının dəstəyi ilə Azərbaycanda iqlim dəyişmələrinə milli uyğunlaşma Planının hazırlanması çərçivəsində keçirilir. Forumda türkdilli ölkələrin və iqlim dəyişmələri nazirləri, hidrometeorologiya xidmətlərinin rəbər şəxsləri, dövlət qurumlarının nümayəndələri və ekspertlər iştirak edir.

Forumun keçirilməsində məqsəd iqlim dəyişmələri sahəsində fəaliyyətin aparılması, ekstremal ilə bağlı erkən xəbərdarlıq sisteminin qurulması üzrə təcrübə mübadiləsinin genişləndirilməsidir.

Xatırladaq ki, 19 fevral 2021-ci il tarixində Türkiyənin Ankara şəhərində Türk Dünyası I Meteorologiya keçirilmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax