Mikayıl Cabbarov: “Dünyada DİM-lərə nail olunması üzrə proses yavaş gedir”

Mikayıl Cabbarov: “Dünyada DİM-lərə nail olunması üzrə proses yavaş gedir”
15.11.2023 11:15
Aa
dəq

BMT Baş Katibinin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə son hesabatına əsasən "2030 Gündəliyi"nin icrasının başa çatmasına 7 il qalmasına baxmayaraq, dünyada DİM-lərə nail olunması üzrə proses yavaş gedir, hətta bəzi hədəflər üzrə vəziyyət Dayanıqlı İnkişaf Gündəliyinin qəbul olunduğu 2015-ci ilin baza göstəricisindən aşağı səviyyədədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda "Dayanıqlı maliyyə və investisiya" mövzusunda keçirilən II Bakı Forumunda bildirib.

Onun sözlərinə görə, "2023-cü il DİM" hesabatında qeyd olunduğu kimi, bu gün hədəflərin yalnız 15 %-i müvəffəqiyyətlə icra olunur.

“DİM-lərə nail olunması istiqamətində səylərin gücləndirilməsi üçün bərpaolunan enerjiyə keçidin sürətləndirilməsi, rəqəmsallaşmanın əhatə dairəsinin artırılması, ömürboyu təhsilə əsaslanan cəmiyyətin qurulması, insanların layiqli iş və sosial müdafiə təminatının artırılması, xüsusilə “yaşıl” və rəqəmsal iqtisadiyyat sahələrində iş yerlərinin sayının artırılması və iqlim dəyişikliyi ilə mübarizə əsas tövsiyələr sırasındadır”, - deyə nazir qeyd edib.

Həftənin ən çox oxunanları

Mehriban Əliyeva Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Raman Saleyi təbrik edib
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib
DAVAMIN OXU davamın oxu

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb
DAVAMIN OXU davamın oxu

Prezident fərman İMZALADI

Prezident fərman İMZALADI
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva Orxan Aslanovu TƏBRİK ETDİ

Mehriban Əliyeva Orxan Aslanovu TƏBRİK ETDİ
DAVAMIN OXU davamın oxu