Operativ Məlumat Mərkəzi

Bakıda təhlükəsizlik tələblərinə cavab verməyən kranın istismarı dayandırılıb - VİDEO

2 dəq
Paylaş:
Bakıda təhlükəsizlik tələblərinə cavab verməyən kranın istismarı dayandırılıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri çərçivəsində tədbirlərin görülməsini davam etdirir.

"Operativ Məlumat Mərkəzi-OMM" FHN-ə istinadən xəbər verir ki, Agentliyin əməkdaşları tərəfindən vətəndaş müraciəti əsasında Bakı şəhəri, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində “Memarlıq Şəhərciyi 2021” MMC tərəfindən aparılan tikinti işlərində istifadə edilən qülləli krana keçirilib.

Baxış zamanı qülləli kranın istismarında insan və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, qülləli kranın istismarı zamanı qaydalarına edilmədiyi, o cümlədən texniki nəzarətin təşkili üçün cavabdeh şəxslərin təyin olunmadığı, kranın iş icra layihəsinə uyğun istismar edilmədiyi müəyyən olunub.

Aşkar edilmiş pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, qülləli kranın istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb. Eyni zamanda, pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın və Agentliyin qərarının surətləri sahibkara təqdim edilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax