Operativ Məlumat Mərkəzi

Bakıda tapdığı silahı satmaq üçün özündə saxlayan şəxs tutulub

2 dəq
Paylaş:
Bakıda tapdığı silahı satmaq üçün özündə saxlayan şəxs tutulub

Vətəndaşlarda olan odlu -sursatın könüllülük əsasında təhvil verilməsi və yolu ilə əldə olunması istiqamətində əməkdaşları tərəfindən aparılan tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirən əvvəllər məhkum olunmuş paytaxt sakini - 1976-cı il təvəllüdlü Rüfət Bayramov saxlanılıb.

Onun üzərinə baxış zamanı 1 ədəd lüləsi və qundağı kustar üsulla kəsilmiş “TOZ-8” modelli tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb. R.Bayramov bir müddət əvvəl tapdığını, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax