Operativ Məlumat Mərkəzi

Bakıda tapança gəzdirən şəxslər saxlanılıb

2 dəq
Paylaş:
Bakıda tapança gəzdirən şəxslər saxlanılıb

Xətai rayonunda narkotik vasitələrin satışını edən və üzərində qanunsuz odlu silah saxlayan şəxslərə qarşı keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon İdarəsi, Narkotiklərlə Mübarizə, həmçinin ərazi polis şöbə və bölmələrinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı paytaxt sakinləri İgid Həsənov, Cəlal Hüseynov, Ağakişi Musayev, Rauf Hüseynov, Sənan Məmmədov və Nicat Sadıqov saxlanılıblar. Bu şəxslərdən 13 kiloqram heroin, marixuana, 390 ədəd psixotrop tərkibli metadon həbi, eləcə də Rauf Hüseynovdan əlavə olaraq 1 ədəd "Naqan", Sənan Məmmədovdan isə "TT" markalı odlu silah tapança aşkar olunub. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Həmçinin idarə əməkdaşlarının avqust-sentyabr aylarında həyata keçirdikləri əməliyyatlar zamanı rayon ərazisində bir neçə mənzildə "tiryəkxana" təşkil edən, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 nəfər saxlanılıb.

Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də digər hüquqpozmalara qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax