Operativ Məlumat Mərkəzi

Bakıda sürət hədləri endiriləcək 14 yolda yol nişanlarının quraşdırılmasına başlanılıb

2 dəq
Paylaş:
Bakıda sürət hədləri endiriləcək 14 yolda yol nişanlarının quraşdırılmasına başlanılıb

Bakı Agentliyi tərəfindən təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarəolunması məqsədilə 14 yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlanıb və sözügedən yol sahələrində mərhələli şəkildə müvafiq yol nişanlarının quraşdırılmasına başlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, 14 yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər Baş Dövlət İdarəsi ilə razılaşdırılıb.

Məlumata görə, maksimum sürət həddini göstərən yol nişanları ilk olaraq prospekti, Mərdəkan şosesi-Zuğulba yolu, Mikayıl Əliyev prospekti və Bibiheybət yollarında quraşdırılır: "Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edirik. Onu da qeyd edək ki, statistikalar paytaxt ərazisində baş verən yol nəqliyyat hadisələrinin əsas səbəblərindən birinin də, yüksək sürət həddi olduğunu göstərir. Avtomobil yollarında icazə verilən sürət hədlərinin optimallaşdırılması Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda da öz əksini tapıb".

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax