Operativ Məlumat Mərkəzi

Bakıda ötən altı ay ərzində 900-ə yaxın çox avtoqəza olub

2 dəq
Paylaş:
Bakıda ötən altı ay ərzində 900-ə yaxın çox avtoqəza olub

Paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının dairəsində ötən 6 ay ərzində 885 yol- hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, 933 nəqliyyat vasitəsinin qalması müşahidə edilib:

"Qəzaların təhlili göstərir ki, sürət həddinə, ara məsafəsinə düzgün əməl edilməməsi, yol nişanlarının tələbinin pozulması və sürücü diqqətsizliyi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olub. Bakının müxtəlif küçə və prospektlərində baş verən bu hadisələr və yolda qalan texniki nasaz avtomobillər sıxlığın yaranmasına, digər nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkət etməsinə mane olub".

Məlumatda vurğulanıb ki, sıxlıqların vaxtında qarşısının alınması və yollarda nəqliyyat axınının intensivliyini təmin etmək məqsədilə Mərkəzin əməkdaşları tərəfindən 55 küçə və prospekt üzrə 39 mindən çox “yaşıl dalğa” əmri tətbiq edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax