Əsas məzmuna keç

Bakıda metrostansiyaların sayının 25-dən 46-a çatdırılması nəzərdə tutulur

Bakıda metrostansiyaların sayının 25-dən 46-a çatdırılması nəzərdə tutulur

Bakıda metrostansiyaların sayının 25-dən 46-a çatdırılması nəzərdə tutulur. "Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı...

Bakıda metrostansiyaların sayının 25-dən 46-a çatdırılması nəzərdə tutulur.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı inkişafına dair Baş planında əksini tapıb.

Qeyd edilib ki, metro nəqliyyatı Bakı şəhərinin sistemində aparıcı rol oynamağa davam edəcək və aqlomerasiyanın ən sıx məskunlaşmış əraziləri ilə mərkəz arasında əsas ictimai əlaqəsini təmin edəcək.

“28 May” stansiyası metro şəbəkəsinin mühüm əhəmiyyətə malik mərkəzi qovşağı olaraq qalacaq.

2027-ci ilədək “28 May”-“Cəfər Cabbarlı” keçid stansiyasında yaşıl və qırmızı xətlərinin bir-birindən ayrılması və yeni dəstəkləyici infrastrukturun yaradılması planlaşdırılır.

2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırki 36,6 km-dən 73.4 km-ə, stansiyaların sayının isə 25-dən 46-a çatdırılması nəzərdə tutulur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…