Operativ Məlumat Mərkəzi

Bakıda mənzildən meyit tapılıb - 12.09.2024

1 dəq
Paylaş:
Bakıda mənzildən meyit tapılıb - 12.09.2024

Bakıda mənzildən meyit aşkarlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar xəttinə paytaxtın rayonları ərazisində ümumilikdə iki ünvanda vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub:

"Məlumatlarla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri üzrə cəlb olunublar. Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində bir nəfər xilas edilib, bir nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib", - məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax