Əsas məzmuna keç

Bakıda I yarımildə 26 milyard manatlıq sənaye məhsulu istehsal olunub

Bakıda I yarımildə 26 milyard manatlıq sənaye məhsulu istehsal olunub

Bu ilin yanvar-iyun aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri 26,3 milyard manat təşkil edib. Bu...

Bu ilin yanvar-iyun aylarında Bakıda sənayedə malların və xidmətlərin dəyəri 26,3 milyard manat təşkil edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Statistika Komitəsinin Bakı şəhər statistika idarəsindən bildirilib.

Məlumata görə, sənaye məhsulunun 76,4 %-i mədənçıxarma, 20,5 %-i emal, 2,3 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 83,3 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,2 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,8 % təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 iyul 2024-cü il vəziyyətinə 512 milyon hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış, satış üçün nəzərdə tutulmuş 40,8 məbləğində digər məhsullar da mövcud olub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…