Operativ Məlumat Mərkəzi

Bakıda həbsdə olan şəxsin evindən silah tapılıb

2 dəq
Paylaş:
Bakıda həbsdə olan şəxsin evindən silah tapılıb

Bakıda həbsdə olan şəxsin evindən tapılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ədliyyə Nazirliyi Penitensiar xidmətindən məlumat verilib.

Bildirilib ki, xidmətin, Bakı İstintaq Təcridxanasının aparatlarının, Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin və Suraxanı rayon idarəsinin 30-cu Polis şöbəsinin əməkdaşları ilə birgə uğurlu əməliyyat tədbirləri nəticəsində Məcəlləsinin 234.4.1 () və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rufan Məhəmməd Rəsul oğlu Azəri tərəfindən Suraxanı rayonu ərazisində zibilxanada gizlətdiyi 1 ədəd lüləsi kəsilmiş tüfəng aşkar edilərək götürülüb.

Bundan başqa, xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Belə ki, Cinayət Məcəlləsinin 234.3.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Elcan Vəfadar oğlu Hüseynov təcridxanaya qəbul edilərkən onun üzərinə baxış keçirilən zaman əynindəki cins şalvarın astarında gizlətdiyi 1 ədəd kağız bükülüdə ümumi çəkisi 0,236 qram olan psixotrop maddə - metamfetamin aşkar olunub.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax