Operativ Məlumat Mərkəzi

Bakıda dəmir yolu xəttini qadağan olunmuş yerdən keçmiş piyada xəsarət alıb

1 dəq
Paylaş:
Bakıda dəmir yolu xəttini qadağan olunmuş yerdən keçmiş piyada xəsarət alıb

Bu gün saat 01:45 radələrində " Dəmir Yolları" QSC-yə (ADY) yük qatarı Biləcəri-Keşlə sahəsində hərəkətdə olarkən 1994-cü il təvəllüdlü Əsədzadə İlham İntiqam oğlu dəmir xəttini yerdən keçməyə cəhd edib, elektrovoza toxunaraq bədən xəsarəti alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb və həmin şəxs xəstəxanaya çatdırılıb. Hazırda yaralının vəziyyəti normaldır.

"ADY bir daha piyadaları dəmir yollarından təhlükəsiz istifadə qaydalarına ciddi əməl etməyə, dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yer və keçidlərdən keçməyə çağırır", - deyə qurum bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax