Operativ Məlumat Mərkəzi

Bakıda daha bir yolayrıcında hərəkətin idarə edilməsində dəyişiklik olunub

2 dəq
Paylaş:
Bakıda daha bir yolayrıcında hərəkətin idarə edilməsində dəyişiklik olunub

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əməkdaşları daha bir yolayrıcında hərəkətin edilməsində dəyişiklik edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə NİİM-dən məlumat verilib.

Qeyd olunub ki, bununla həm piyadaların yolu təhlükəsiz keçməsi təmin edilib, həm də sürücülər bu yolda vaxt itkisi ilə qarşılaşmayacaqlar.

Nərimanov rayonu, küçəsi ilə Ağa Nemətulla küçələrinin kəsişməsində aparılan monitorinq zamanı müəyyən edilib ki, Təbriz küçəsindən Ağa Nemətulla küçəsinə sağa dönən zaman işıqforun yaşıl işığı həm vasitələri, həm də piyadalar üçün eyni vaxtda yanır və qəza yaranır.

Problemin qarşısını almaq üçün işıqforun iş rejimi 2 fazadan 3 fazaya dəyişdirilib və iştirakçılarının təhlükəsiz hərəkəti təmin edilib.

Kəsişmədə edilən dəyişiklikdən sonra bu yoda sıxlığın qarşısı qismən alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax