Operativ Məlumat Mərkəzi

Bakıda Çili pyesinin oxunuşu keçiriləcək

2 dəq
Paylaş:
Bakıda Çili pyesinin oxunuşu keçiriləcək

Bakıda “” müasir dramaturgiya festivalı çərçivəsində iyulun 3-də Çili dramaturqu və rejissoru Manzinin “Barbarların yaşadığı yer” (“Donde Viven los Bárbaros”) pyesinin keçiriləcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Çilinin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Tədbir “Kapellhaus” Alman- Cəmiyyətində baş tutacaq. Oxunuşun quruluş müəllifi Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının və Azərbaycan Dövlət YUĞ Teatrının rejissoru Tural Mustafayevdir.

Oxunuşda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak edirlər.

Səfirlik qeyd edib ki, 2023-cü ilin noyabr ayından etibarən “Characters” festivalı çərçivəsində Azərbaycanda müasir dramaturgiyanın populyarlaşdırılması və inkişafına yönəlmiş bir sıra tədbirlər həyata keçirilib.

Əsas tədbir pyes müsabiqəsi olub, onun nəticələrinə əsasən qaliblər seçilib və 2024-cü ilin mart ayında Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində pyes oxunuşları keçirilib.

“Characters” müxtəlif məkanlarda Azərbaycan və xarici müəlliflərin müasir pyeslərinin oxunuş proqramını davam etdirir.

Pablo Manzinin 2015-ci ildə yazdığı pyesi müasir dünyada zorakılıq və qorxu mövzusunu, cəmiyyət daxilindəki sosial-siyasi fikir ayrılıqlarını gündəmə gətirir, miqrantların problemlərinə və gender kimliyinə toxunur.

Qeyd edək ki, giriş sərbəstdir və yaş həddi 18-dən yuxarıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax