Operativ Məlumat Mərkəzi

Bakıda cərrahın qanunsuz əməliyyat keçirməsinə icazə verən xəstəxana cərimələnib

1 dəq
Paylaş:
Bakıda cərrahın qanunsuz əməliyyat keçirməsinə icazə verən xəstəxana cərimələnib

Tibb müəssisəsində hüququnun pozulması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluqdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, araşdırma zamanı “Berlin Ailə və Uşaq Klinikası” MMC ilə həkim Vurğun Məmmədov arasında bağlanmış əmək müqaviləsi qüvvəyə minmədən sonuncunun klinikada cərrahiyyə əməliyyatı icra etməsi müəyyən edilib.

Fakt üzrə Yasamal rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün məhkəməyə göndərilib.

Yasamal rayon məhkəməsinin qərarı ilə hüquqi şəxs 20 məbləğində inzibati cərimə edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax