Operativ Məlumat Mərkəzi

Bakıda bank kartlarından oğurluq edən şəxs saxlanılıb

2 dəq
Paylaş:
Bakıda bank kartlarından oğurluq edən şəxs saxlanılıb

Bakıda polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə bank kartlarından edən 1980-ci il təvəllüdlü, məhkum olunmuş Elnur saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-n xidmətindən bildirilib.

Onun paytaxt ərazisində 20-dən artıq şəxsin kartının şifrəsini əldə edərək müxtəlif məbləğlərdə pul oğurladığı məlum olub.

Davam etdirilən tədbirlərlə E.Əhmədovun bir neçə şəxsə qarşı dələduzluq etdiyi də müəyyən edilib.

Qeyd edək ki, bu şəxs kart məlumatlarını bankomatların yanında dayanaraq pul şəxsləri kənardan müşahidə etməklə əldə edib. E.Əhmədov ondan kartdakı məbləği nağdlaşdırmaq üçün kömək istəyən şəxslərin şifrələrini əldə edərək onlara qarşı da eyni əməlləri törədib.

E.Əhmədovun qanunsuz hərəkətlərindən zərərçəkən başqa şəxslər varsa polisə məlumat verə bilərlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax