Əsas məzmuna keç

Bakıda avtomobillə moped toqquşub, ölən var - 17.05.2023

Bakıda avtomobillə moped toqquşub, ölən var - 17.05.2023

Bakıda avtomobillə moped toqquşub, ölən var.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə mayın 16-da paytaxtın Xəzər rayonu, qəsəbəsində qeydə alınıb.

Belə ki, Allahverdiyev Murad Laçın oğlu idarə "Pejo 407" markalı avtomobillə hərəkətdə olarkən Paşayev Əli Bəhruz oğlunun idarə etdiyi mopedlə toqquşub. Nəticədə mopedin sürücüsü aldığı xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci ( vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə başlanaraq ibtidai istintaqı aparılır.

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…