Operativ Məlumat Mərkəzi

14 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb

1 dəq
Paylaş:
14 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb

rayonu ərazisində 3 nəfərin dələduzluq yolu ilə ümumilikdə 14 min manatdan çox pul vəsaitinin ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Səbail RPİ 8-ci Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli 34 O.Qürbətli, 38 yaşlı Ə.Məhərrəmov və 45 yaşlı S.Cavadova müəyyən olunaraq saxlanılıb.

Bundan başqa rayon ərazisində 2 şəxsin avtomobilindən mobil telefon və 480 manat dəyərində 4 ədəd təkər oğurlamaqda şübhəli bilinən məhkum olunmuş 32 yaşlı T.Maksimov və 38 yaşlı E.Kazımovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin olunub.

Araşdırmalar aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax