Əsas məzmuna keç

Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ

Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 17-də Azərbaycanda havanın əsasən yağmursuz, bəzi yerlərdə isə duman olacağı gözlənilir. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli...

Aprelin 17-də Azərbaycanda havanın əsasən yağmursuz, bəzi yerlərdə isə duman gözlənilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və yarımadasında hava şəraitinin buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…