Operativ Məlumat Mərkəzi

Bakı və Abşeron daxil olmaqla ölkənin bir çox şəhərlərində leysan yağır - FAKTİKİ HAVA

1 dəq
Paylaş:
Bakı və Abşeron daxil olmaqla ölkənin bir çox şəhərlərində leysan yağır - FAKTİKİ HAVA

İyunun 22-si saat 07:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, yağıntılı müşahidə olunur.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda Bakıda və yarımadasında, Naxçıvan, Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Balakən, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, , Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şahdağ, Şabran, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlıda şimşək çaxır, arabir xarakterli yağış yağır.

Qeyd olunub ki, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında iyunun 22-si , bölgələrdə isə 23-ü gündüzədək fasilələrlə davam edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax