Operativ Məlumat Mərkəzi

Bakı üzrə tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi keçirilib

2 dəq
Paylaş:
Bakı üzrə tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi keçirilib

Şəhəri üzrə İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə BŞTİ-dən məlumat verilib.

Belə ki, 2022-ci və 2023-cü illərdə keçirilən müsabiqələrin test imtahanı və müsahibə mərhələsindən uğurla keçən, lakin bal ardıcıllığına və seçiminə uyğun olaraq yerləşdirilməsi mümkün , eyni zamanda 2023-cü ildə test imtahanında keçid balını (29 və daha çox) toplayan və müsahibəyə qatılmayan şəxslər yenidən təşkil olunmuş müsahibədə iştirak ediblər.

Qeyd edək ki, müsahibə mərhələsində namizədlərin psixoloji və peşəkar keyfiyyətləri müvafiq komissiya tərəfindən yoxlanılıb.

Müsahibənin nəticələri barədə namizədlərə məlumat veriləcək.

Nəticələrlə bağlı müraciətlərə baxılması məqsədilə xüsusi komissiya yaradılacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax