Operativ Məlumat Mərkəzi

Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə reys ləğv edilib

2 dəq
Paylaş:
Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə reys ləğv edilib

İsraildə, o cümlədən “Ben Gurion” Hava Limanının ərazisində qeyri-sabit vəziyyət və raket hücumları ilə əlaqədar “ Hava Yolları” (AZAL) aviaşirkətinin oktyabrın 10-na planlaşdırılan -Təl-Əviv-Bakı marşrutu üzrə reysi ləğv edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə “Azərbaycan Hava Yolları” QSC-nin xidmətindən bildirilib.

Qeyd olunub ki, sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi aviaşirkətin ən yüksək prioritetidir.

Xatırladaq ki, AZAL-ın Təl-Əvivdəki “Ben Gurion” Beynəlxalq Hava Limanına və əks istiqamətdə reyslərinin sərnişinlərinə oktyabrın 7-dək əldə edilmiş, uçuş tarixi oktyabrın 8-dən noyabrın 1-dək olan aviabiletlərin dəyərinin 30 noyabr 2023-cü il tarixi daxil olmaqla “involuntary” proseduru çərçivəsində geri qaytarılmasına və ya istənilən digər tarixlərə yenidən bronlaşdırılmasına icazə verilir.

Növbəti uçuşlar haqqında məlumat ictimaiyyətə KİV və aviaşirkətin rəsmi səhifələri vasitəsilə əlavə olaraq təqdim ediləcəkdir.

Həmçinin əlavə məlumat əldə etmək üçün sərnişinlərə [email protected] elektron ünvanı vasitəsilə “Azərbaycan Hava Yolları”nın çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax