Əsas məzmuna keç

Bakı-Sumqayıt qatarlarına kağız biletlərin satışı dayandırılır

Bakı-Sumqayıt qatarlarına kağız biletlərin satışı dayandırılır

İyulun 1-dən “ Dəmir Yolları” QSC (ADY) dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara (Bakı-Sumqayıt-Bakı) biletlərin satışını dayandıracaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə ADY-dən bildirilib.

Məlumata görə, məqsəd rəqəmsal ödənişlərin genişləndirilməsi, köşklərdə və kassalarda növbələrin aradan qaldırılması və kağız istifadəsi nəticəsində ətraf mühitə dəyən zərərin qarşısının alınmasıdır. Müvafiq marşrut üzrə qatarlarda NFC-ni dəstəkləyən bank və ya ADY-yə məxsus gediş kartları ilə təmassız və rahat şəkildə həyata keçirilə bilər.

ADY-yə məxsus gediş kartlarını Abşeron dairəvi dəmir yolu marşrutu üzrə fəaliyyət göstərən bütün stansiyaların kassalarından əldə etmək olar. Kartın qiyməti 2 manatdır.

Sərnişinlər ADY gediş kartlarından istifadəni dayandırdıqları təqdirdə kartları kassalara təhvil verməklə kart üçün ödənilmiş və balansda olan məbləği geri ala bilərlər.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…