Operativ Məlumat Mərkəzi

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

2 dəq
Paylaş:
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni yolunun tikintisi layihəsi çərçivəsində mövcud yolun paytaxt Bakı istiqamətində olan 51-61-ci km-lik hissəsində rahat gediş-gəlişin təmin olunması məqsədi ilə sabah səhər saatlarından asfalt-beton örtüyünün aşınma layının döşənməsi işlərinin icrasına başlanılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, işlərin aparıldığı ərazidə vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

Asfaltlanma işləri aparılan müddət ərazidə əks istiqamət üzrə nəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin ediləcək. Əks istiqamət üzrə 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri yerinə yetiriləcək.

Agentlik sürücülərə sözügedən ərazidə hərəkətdə olarkən müvəqqəti yol nişanlarının tələblərinə və qaydalarına riayət etmələrini tövsiyə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax