Operativ Məlumat Mərkəzi

Bakı metrosunda qatarların hərəkəti 5 dəqiqə yubanıb

1 dəq
Paylaş:
Bakı metrosunda qatarların hərəkəti 5 dəqiqə yubanıb

“Bakı Metropoliteni” QSC-nin xətlərdə intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə cəmiyyətinə istinadən xəbər verir.

Bildirilib ki, "Qara Qarayev" stansiyasında sərnişin vaqon qapısının qəza açılıb-bağlama kranından istifadə etdiyi üçün maşinist həmin qapıya keçirib və kranı statik vəziyyətinə qaytarıb.

Həmin qatarın maşinisti qatar hərəkətdə ikən həmin qapının normal rejimdə işləmədiyi barədə dispetçerə məlumat verib. Bu səbəbdən qatar baxış keçirilməsi məqsədilə "Nərimanov" stansiyasında xətdən çıxarılıb. Əvəzinə qatar verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax