Operativ Məlumat Mərkəzi

Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda təmir yekunlaşır

2 dəq
Paylaş:
Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda təmir yekunlaşır

“Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı–Ələt– Respublikası ilə dövlət sərhədi yolunun 130 km-lik Gəncə–Qazax–Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsi artıq yekunlaşma mərhələsindədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, layihəyə əsasən yol yatağının ümumi eni 27,5 metr təşkil edir. Magistral yol hər birinin eni 3,75 metr olan 4 hərəkət zolağından ibarətdir.

Magistralın Gəncə–Qazax–Gürcüstan sərhədi hissəsində 3 Lot üzrə həyata keçirilir. 1-ci və 2-ci Lotlar, eləcə də 3-cü Lotun bir qismi üzrə işlər tam başa çatdırılıb və 2023-cü il avqustun 7-də Respublikasının Prezidenti İlham Əliyev ümumi uzunluğu 102 kilometr olan Gəncə–Qazaxbəyli hissəsinin açılışında iştirak edib.

“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində yenidən qurulan 1b texniki dərəcəli yolun bu hissəsində 67 altkeçid, 19 qovşaq və 17 körpü (ümumilikdə 36 ədəd) tikilərək istifadəyə verilib.

Hazırda tikinti işləri magistralın sonuncu 28 kilometrlik Qazaxbəyli–Gürcüstan sərhədi hissəsində – layihənin 102.2–130.150-ci kilometrliyində – son mərhələdə olmaqla davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax