Operativ Məlumat Mərkəzi

Badamdarda ev yanıb - VİDEO

1 dəq
Paylaş:
Badamdarda ev yanıb - VİDEO

Bakı şəhərinin rayonu, qəsəbəsi ərazisində yanğın baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumat yayıb.

FHN-in “112” qaynar telefon xəttinə Badamdar qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 300 kv.m. olan ikimərtəbəli fərdi evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində səkkizotaqlı fərdi yaşayış evinin birinci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 40 kv.m. sahədə yanıb.

Evin böyük hissəsi yanğından mühafizə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax