Əsas məzmuna keç

“Azəriqaz”: “Bakı ətrafında 500 metrlik boru üzərində 20 kənar müdaxilə aşkar edilib”

“Azəriqaz”: “Bakı ətrafında 500 metrlik boru üzərində 20 kənar müdaxilə aşkar edilib”

bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün media və...

Bu yaxınlarda Bakıətrafı kəndlərinin birində 500 qaz boru xəttinin üzərində 20 müdaxilə aşkar edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (SOCAR) “” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

“Həmin xəttin sonunda yaşayan sakinlər dayanmadan “Azəriqaz”a qazın təzyiqinin olmaması ilə bağlı müraciət edirdilər. Təsəvvür edin ki, həmin o 20 kənar müdaxilədən 50 % qaz qonşuların fərdi yaşayış evlərinə gedirsə, 50 %-də havaya gedir. Belə olan halda qazın təbii olaraq aşağı düşür, nəticədə isə qonşulara qazın təzyiqi gedib normal çatmır”,-deyə o qeyd edib.

“Azəriqaz”ın sözçüsü abonentlərə kənar müdaxiləyə getməməyi tövsiyə edərək, onsuzda gec-tez bu cür halın ortaya çıxacağını bildirib: “Abonent aylardı qazın istehlakına görə sabit ödəniş edir və birdən təzyiqin kəskin azalması baş verir. Hesablama yolu ilə kənar müdaxilənin edildiyi dövr müəyyən edilir və Birliyə dəyən ziyanın kənar müdaxiləni həyata keçirmiş abonentdən ziyanın ödənilməsi təmin edilir. Bu hallar təkrarlandığı təqdirdə artıq biz qanun çərçivəsində tədbirlərin görülməsi üçün həmin şəxslər haqqında hüquq-mühafizə orqanlarına müraciət etməyə məcburiyyətində qalırıq”.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…