Əsas məzmuna keç

Azərbaycanlı həkimlər Qarabağda yaşayan erməniyə yardım ediblər

Azərbaycanlı həkimlər Qarabağda yaşayan erməniyə yardım ediblər

Rusiya sülhməramlılarının müraciətindən sonra əraziyə operativ şəkildə Şuşa şəhərində yerləşən modul tipli xəstəxananın təcili tibbi yardım avtomobili...

Xankəndi-Laçın yolunda Qarabağda qadının halı pisləşib, azərbaycanlı yardım göstərib.

"Operativ Məlumat Mərkəzi-OMM" AZƏRTAC-a istinadən xəbər verir ki, sülhməramlılarının müraciətindən sonra əraziyə operativ şəkildə Şuşa şəhərində yerləşən modul tipli xəstəxananın təcili tibbi yardım avtomobili gəlib. İxtisaslaşmış həkim heyəti xəstəyə yerində ilk tibbi yardım göstərib. Daha sonra erməni əsilli qadın öz istəyinə əsasən təcili tibbi yardım avtomobili ilə azərbaycanlı həkimlərin müşayiəti altında Xankəndi şəhərinə aparılıb. Bununla da tərəfi humanistlik göstərərək öz ərazisində yaşayan erməni əsilli vətəndaşın qayğısına qalmasını nümayiş etdirmiş oldu.

Təcili tibbi yardım avtomobilinin aksiya ərazisindən keçməsinə heç bir maneə yaradılmayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…