Operativ Məlumat Mərkəzi

Azərbaycanlı deputatlar Türkiyədə prezident seçkilərini müşahidə edəcəklər

2 dəq
Paylaş:
Azərbaycanlı deputatlar Türkiyədə prezident seçkilərini müşahidə edəcəklər

Milli Məclisin bir qrup deputatı Türkiyədə keçiriləcək seçkilərinin ikinci turunu müşahidə etmək üçün mayın 26-da bu ölkənin paytaxtı Ankara şəhərinə səfər edəcəklər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə şöbəsindən məlumat verilib.

Səfər çərçivəsində Milli Məclisin komitə sədri, - parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və qrupun üzvü, deputat Anar Məmmədov TÜRK PA, deputat, ATƏT PA-da Azərbaycan rəhbəri Azay Quliyev isə ATƏT PA xətti ilə Türkiyə Respublikasında mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turuna hazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.

Səfər mayın 29-da başa çatacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax