Əsas məzmuna keç

Azərbaycanla Vyetnam arasında beş əməkdaşlıq sənədi imzalanıb

Azərbaycanla Vyetnam arasında beş əməkdaşlıq sənədi imzalanıb

bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Hanoyda Hökumətlərarası Komissiyanın 3-cü iclası ərəfəsində...

Vyetnamın Hanoy şəhərində 5 sənədi, o cümlədən Bərpa Olunan Mənbələri Dövlət Agentliyi ilə Vyetnamın “ROX Group” SC arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Hanoyda Hökumətlərarası Komissiyanın 3-cü iclası ərəfəsində Vyetnamın sənaye və ticarət nazirinin müavini Nguyen Hoang Long, AZPROMO, KOBİA, Milli Sahibkarlıq Assosiasiyası və hər iki ölkənin dairələrinin iştirakı ilə Azərbaycan-Vyetnam Birinci Biznes Şurası və Biznes Forumu keçirildi. Sahibkarları və Vyetnamda investisiya mühiti, iqtisadi zonalar, sənaye parkları, yüksək texnologiyalar, kənd təsərrüfatı, karbohidrogenlər və bərpa olunan enerji sahələrində informasiya mübadiləsinə qoşulmağa; qarşılıqlı biznes missiyaları təşkil etməyə; mövcud imkanlardan faydalanmağa; birgə müəssisələr yaratmağa və konkret layihələrə sərmayə yatırmağa dəvət etdik. 5 əməkdaşlıq sənədi, o cümlədən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Vyetnamın “ROX Group” SC arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı”, - paylaşımda qeyd olunur.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…