Operativ Məlumat Mərkəzi

Azərbaycanın xaricdə olan 37 nümayəndəliyində 49 seçki məntəqəsi yaradılıb

2 dəq
Paylaş:
Azərbaycanın xaricdə olan 37 nümayəndəliyində 49 seçki məntəqəsi yaradılıb

Azərbaycanın xaricdə olan 37 nümayəndəliyində 49 seçki məntəqəsi yaradılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir komissiyanın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, həmin məntəqərdə xaricdə yaşayan soydaşlarımız səs verə biləcəklər.

Qeyd edək ki, sabah ilə əlaqədar xarici ölkələrdə seçki məntəqələrinin yaradılması üçün ayrılan müddət başa çatır. Seçki Məcəlləsinin 35.6-cı maddəsinə əsasən, səsvermə gününə azı 30 gün qalanadək seçicilərin olduqları ərazilərdə Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri tərəfindən səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılması təmin edilməlidir.

Növbədənkənar seçkiləri ilə əlaqədar bu müddət yanvarın 8-dək olan dövrü əhatə edir.

Qeyd edək ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax