Operativ Məlumat Mərkəzi

Azərbaycanın PUA bölmələri şərti düşmənin yerüstü hədəflərini zərbələrlə məhv ediblər

1 dəq
Paylaş:
Azərbaycanın PUA bölmələri şərti düşmənin yerüstü hədəflərini zərbələrlə məhv ediblər

Müdafiə nazirinin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrində (HHQ) pilotsuz uçuş aparatları (PUA) bölmələri ilə təlim-məşq uçuşları yerinə yetirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

PUA heyətləri müəyyən edilmiş marşrutlar üzrə hava kəşfiyyatının aparılması, düşmənə məxsus hədəflərin koordinatlarının təyin olunaraq dəqiq aviasiya zərbələri ilə məhv edilməsi, eləcə də digər fəaliyyətləri yerinə yetiriblər.

Təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax