Operativ Məlumat Mərkəzi

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib - 10.08.2023

1 dəq
Paylaş:
Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib - 10.08.2023

Azərbaycanın general-polkovnik Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Başsağlığında deyilir: “Bölgədəki təhlükəsini zərərsizləşdirmək, ərazidə yaşayan mülki insanları terror hücumlarından və təhdidlərindən qorumaq məqsədilə qardaş Silahlı Qüvvələrinin həyata keçirdiyi “Pençe-Kilit” antiterror əməliyyatlarının aparıldığı bölgədə şanlı türk ordusunun hərbi qulluqçularının şəhid olması və yaralanması xəbərləri məni çox kədərləndirir.

Sizin acınız bizim də acımızdır.

Şəhid hərbi qulluqçulara rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax