Operativ Məlumat Mərkəzi

Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər

1 dəq
Paylaş:
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri -məşq uçuşlarını icra ediblər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əvvəlcə şəxsi heyətə qaydaları çatdırılıb. Hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra praktiki uçuşlar yerinə yetirilib.

Ssenariyə uyğun olaraq Su-25ML və Su-25 tipli təyyarələrdən müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və manevrləri üzrə icra edilib.

"Hərbi pilotların döyüş hazırlığının təkmilləşdirilməsi məqsədilə keçirilən təlim-məşq uçuşları zamanı qarşıya qoyulan tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib", - məlumatda vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax