Operativ Məlumat Mərkəzi

Azərbaycanın dövlət borcu 25 milyard manatı keçib

1 dəq
Paylaş:
Azərbaycanın dövlət borcu 25 milyard manatı keçib

Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 25 milyard 696,65 olub.

"Operativ Məlumat Mərkəzi-OMM" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, borcun 16 milyard 571,9 milyon daxili dövlət borcu, 5 milyard 367,5 milyon ABŞ dolları və yaxud 9 milyard 124,75 milyon manatı isə xarici dövlət borcudur.

Daxili dövlət borcalmasının artırılması, dövlət qiymətli bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun ortamüddətli və uzunmüddətli əyrisinin formalaşdırılması və “Dövlət borcunun edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi nəticəsində daxili dövlət borcu 17 milyard manata yaxınlaşıb", - deyə məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax