Əsas məzmuna keç

Azərbaycandan Qazaxıstana ekstradisiya edilən qaçaqmalçı cinayətkar qrupun liderinin kimliyi məlum olub

Azərbaycandan Qazaxıstana ekstradisiya edilən qaçaqmalçı cinayətkar qrupun liderinin kimliyi məlum olub

bu barədə Baş Prokurorluqdan məlumat verilib. Məlumata əsasən, Baş Prokurorluq tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi...

Azərbaycandan Qazaxıstana ekstradisiya edilən qaçaqmalçı qrupun liderinin kimliyi məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Məlumata əsasən, Baş Prokurorluq tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Baş Prokurorluğunun vəsatəti əsasında ərazisində cəza çəkən həmin ölkənin vətəndaşı Qabitov Rinat Tursuntayeviçin üç ay müddətinə Qazaxıstana verilməsi haqqında qərar qəbul olunub.

Bildirilib ki, Qazaxıstanın hüquq-mühafizə orqanları tərəfindən istintaqı aparılan üzrə Rinat Qabitovun mütəşəkkil dəstənin yaradılması, təkrar törədilən iqtisadi qaçaqmalçılıq və gömrük ödənişlərinin ödənilməsindən boyun qaçırma cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində axtarış elan edilib.

Vurğulanıb ki, Rinat Qabitov aprelin 10-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Qazaxıstanın səlahiyyətli orqanlarının əməkdaşlarına təhvil verilib.

Qeyd edək ki, Qazaxıstan Baş Prokurorluğu Azərbaycandan qaçaqmalçı cinayətkar qrupun liderinin ölkəsinə ekstradisiya olunması barədə məlumat yayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…