Əsas məzmuna keç

Azərbaycanda üç bədii, iki sənədli və bir cizgi filmi çəkiləcək

Azərbaycanda üç bədii, iki sənədli və bir cizgi filmi çəkiləcək

bu barədə Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) ötən ilin iyulunda elan etdiyi film layihələri müsabiqəsinin...

Azərbaycanda “ bənzər adam”, “Ağalı” tammetrajlı, “Oriondan Sevgilərlə” , “Müharibənin gözləri”, “Danışır və göstərir ” qısa sənədli və “Nağıl istəyirəm!” adlı qısa animasiya filmləri çəkiləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi və Respublikasının Kino Agentliyinin (ARKA) ötən ilin iyulunda elan etdiyi film layihələri müsabiqəsinin qaydalarına əsasən yaradılan apellyasiya komissiyasının yekun nəticələrində qeyd olunub.

Bildirilib ki, ​Komissiya təqdim olunan layihələrlə bağlı məzmun cəhətdən fərqlənən ssenariləri məqbul qiymətləndirməklə yanaşı, kommersiya potensialı olan layihələrin 50% və ya daha çox hissəsi maliyyələşdirildiyi ARKA tərəfdən investor kimi maliyyə dəstəyinin cəlb edilməsinə qərar verilib.

Vurğulanıb ki, komissiyadan keçən film layihələrinin məxsus olduğu istehsalçı şirkətlərlə müqavilə bağlandıqdan sonra filmlərin istehsalına start veriləcək.

Məlumatda müsabiqədə qalib gələn istehsalçı şirtkətlərə maliyyə vəsaitinin ödənilməsinə başlanıldığı qeyd olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…