Əsas məzmuna keç

Səfirliyin yeni binasının açılışı oldu - YENİLƏNİB

Səfirliyin yeni binasının açılışı oldu - YENİLƏNİB

İlham Əliyev və Prezidenti Şavkat iyulun 2-də bu ölkənin Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılışında iştirak ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dövlət başçıları Özbəkistan səfirliyinin yeni binasının açılışını bildirən rəmzi lenti kəsdilər.

İlham Əliyev və Şavkat Mirziyoyev səfirliyin binasının infrastrukturu ilə tanış oldular, burada diplomatlar üçün yaradılmış şəraitə baxdılar. Müasir tələblərə cavab verən yeni kompleks iki qardaş ölkə arasında çoxtərəfli strateji tərəfdaşlıq münasibətlərinin və müttəfiqliyin gələcək inkişafına yönəlib.

Bina ilə tanışlıqdan sonra Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev səfirliyin Fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar.

***

Azərbaycanda Özbəkistan səfirliyinin yeni binasının olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi xəbərə görə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Bakıya səfəri çərçivəsində səfirlik üçün inşa edilən yeni binanın açılışında iştirak edəcək.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…