Operativ Məlumat Mərkəzi

Azərbaycanda orta aylıq əmək haqqı nə qədər artıb?

2 dəq
Paylaş:
Azərbaycanda orta aylıq əmək haqqı nə qədər artıb?

2023-cü ilin yanvar-noyabr aylarında iqtisadiyyatında muzdla işçilərin orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2 % artaraq 923,1 manat təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki , eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

2023-cü il dekabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 732,6 min nəfər olub, onlardan 899,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 832,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,2 %-i təhsil, 18,5 %-i ticarət; vasitələrinin təmiri, 13 %-i sənaye, 8,4 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,4 %-i tikinti, 6,4 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,7 %-i peşə, elmi və texniki fəaliyyət, 3,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 %-i maliyyə və sığorta fəaliyyəti, 14,6 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax