Operativ Məlumat Mərkəzi

Azərbaycanda Macarıstanın “İkarus” avtobusları istehsal ediləcək

1 dəq
Paylaş:
Azərbaycanda Macarıstanın “İkarus” avtobusları istehsal ediləcək

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin Kimya Sənaye Parkının rezidenti - "Sumqayıt Texnologiyalar Parkı" (STP) MMC ilə Macarıstanın “İkarus” arasında Anlaşma Memorandumu imzalanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, sənədi STP-nin Baş direktoru Ruslan Ağabəyli və “İkarus”un Baş direktoru Zoltan Tanko imzalayıb.

Memorandum “İkarus” avtobuslarının Azərbaycanda istehsalına başlanılması, ilkin olaraq ildə 100 ədəd avtobus olunması, tədricən bu rəqəmin 500 ədədə çatdırılması, yaxın gələcəkdə regionunda istehsalın lokallaşdırılması, servis mərkəzinin yaradılması və digər məsələləri edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax