Operativ Məlumat Mərkəzi

Azərbaycanda “kupça“sız mənzillərin satışı qadağan edilir?

2 dəq
Paylaş:
Azərbaycanda “kupça“sız mənzillərin satışı qadağan edilir?

Azərbaycanda əmlakın dövlət reyestrində xüsusi kimi qeydiyyata ("kupça"sız) çoxmənzilli binalarda mənzillərin satışının qanunla edilməsi təklif olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.

Sənəddə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayan və sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına qanunla qadağa qoyulması təklif edilir.

Xatırladaq ki, Azərbaycanda, xüsusən də Bakı şəhəri və rayonu ərazisində bir çox çoxmənzilli yaşayış binalarındakı mənzillər çıxarışlarla təmin olunmadığından müqavilə əsasında satışa çıxarılır. Həmin mənzillər daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr